Tənzilə Rüstəmxanlıdan II Qarabağ savaşı, intiharlar, qadına şiddət və digər mövzularla bağlı Bizim.Media-ya özəl VİDEO-MÜSAHİBƏ

Tənzilə Rüstəmxanlıdan II Qarabağ savaşı, intiharlar, qadına şiddət və digər mövzularla bağlı Bizim.Media-ya özəl VİDEO-MÜSAHİBƏ

Hazırda oxunan: Tənzilə Rüstəmxanlıdan II Qarabağ savaşı, intiharlar, qadına şiddət və digər mövzularla bağlı Bizim.Media-ya özəl VİDEO-MÜSAHİBƏ

17490

Bizim.Media bu dəfə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə video-müsahibə hazırlayıb. 

Müsahibə zamanı müxtəlif maraqlı məsələlər müzakirə olunub.

Qarabağın işğaldan azad olunmasını gördüyü üçün sevinən Tənzilə Rüstəmxanlı 44 günlük savaş ərzində Azərbaycanın haqlı mövqeyinin təbliğatındakı fəaliyyətini 30 ilə bərabər tutub. 
 

Dini bizimlə eyni olan qonşularımızın Ermənistana dəstəyini görmüşük deyən müsahibimiz vurğuladı ki, Türkiyə ilə Pakistan bunu etmədi və Azərbaycanın yanında oldu. 


Azəri-Türk Qadınlar Birliyinin sədri milləti inkişafdan saxlayan bəzi mental dəyərlərdən, Azərbaycanda son illər intiharların sayının artmasından da bəhs edib. Bunu pandemiyadan dolayı yaranan psixoloji vəziyyətlə də əlaqələndirən Tənzilə Rüstəmxanlı qadına şiddətə qarşı olduğunu açıqladı.

40 yaşdan yuxarı qadınların işlə təminatı çətinləşib deyən Tənzilə Rüstəmxanlı Azərbaycandakı yerli şirkətlərdə xarici dil tələbini qınayıb. Onun fikrincə, dövlət bu məsələ ilə məşğul olmalıdır. 

Geniş müsahibə zamanı sadalanmayan mövzular ətrafında da bəzi faktlar açıqlanıb, önəmli diskussiya aparılıb. Odur ki....

Tənzilə Rüstəmxanlının Bizim.Media-nın Baş redaktoru Anar Tahirova verdiyi özəl müsahibəni təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO