Rusiya prezidenti Vladimir Putin yanvarın 19-u səhər saatlarında Xaç suyu (Kreşeniye) münasibətilə buzlu suya girib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Bəli, o, ənənəvi olaraq bunu Xaç suyu münasibətilə edib" - deyə Peskov bildirib.
Qeyd edək ki, bu, Putin üçün çoxdankı ənənədir. O, keçən il də Moskva vilayətində Xaç suyuna girmişdi.
Bizim.Media