"İnterpol"un axtardığı azərbaycanlı Türkiyədə SAXLANILDI - VİDEO 

Hazırda oxunan: "İnterpol"un axtardığı azərbaycanlı Türkiyədə SAXLANILDI - VİDEO 

174141

Türkiyənin 13 əyalətində “Kafes-31” əməliyyatı çərçivəsində 12 ölkə tərəfindən İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 42 şübhəli saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlama yayıb.  

O qeyd edib ki, bu şəxslər Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən axtarışa verilib. 
Tutulan şəxslər mütəşəkkil cinayətkar qrupa üzvlüyü, qanunsuz silah ticarəti, narkotik ticarəti, qəsdən adam öldürmə, immiqrant qaçaqmalçılığı, ixtisaslı və maliyyə fırıldaqçılığı, soyğunçuluq və oğurluq, rəsmi sənədləri saxtalaşdırma və vergidən yayınma ilə bağlı axtarışda idi.  
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO