Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 28 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Məlumata görə, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.
Hadisənin səbəbi hələlik məlum deyil.
Bizim.Media