Qəbələdə qarlı havanın törətdiyi fəsadlar - FOTO/VİDEO

Qəbələdə qarlı havanın törətdiyi fəsadlar - FOTO/VİDEO

Hazırda oxunan: Qəbələdə qarlı havanın törətdiyi fəsadlar - FOTO/VİDEO

173471

Ötən gün yağan qar Qəbələ rayonunda da yolların donması və buz bağlaması ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Aran ərazilərində nəqliyatın hərəkəti tənzimlənsə də əsasən dağətəyi ərazilərdə yerləşən turizm mərkəzlərinə gedən yollarda nəqliyyat vasitələri və qonaqlar çətinliklə qarşılaşıb. 

Belə ki, Qəbələyə gələn turistləri daşıyan “Mersedes Vito” və digər nəqliyyat vasitələri, eləcə də şəhər sakinləri qar səbəbi ilə yollarda qalıb. 
Qarin yağması turistləri sevindirsə də avtomobil sahibləri yaranan mənzərədən heç də məmnun qalmayıb. Buzlu yollara duz və qumun səpilməməsi Qəbələ kimi böyük turizm şəhəri üçün sürücülərin narazılığa səbəb olub. 

Tək çarə yerli sakinlərin və digər sürücülərin köməyindən istifadə edərək avtomobilləri yollardan kənarlaşdırmaq ya da itələyib hərəkətə gətirmək olub.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən ötən gün axşam və bu gün səhər saatlarından etibarən rayonun turizm mərkəzlərinə gedən yollar qardan təmizlənib, hərəkət tənzimlənib, yollara duz və qum səpilib.
 











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO