İranda Məhsa Əmininin qətli barəsində reportaj hazırlayan iki jurnalist – İlahə Məhəmmədi və Nilufər Həmidi 17 aydan sonra həbsdən azad ediliblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tasnim agentliyi yayıb.
Mənbə yazır ki, Tehran əyalətinin Apellyasiya Məhkəməsi müttəhimlərin hər biri üçün 10 milyard tümən (~200 min ABŞ dolları) məbləğində girov tələb edib.
Hər iki müttəhimin ölkəni tərk etməsinə qadağa qoyulub.
Bizim.Media