İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən qəfil hava əməliyyatları ilə PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Daha əvvəl bildirilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib.
Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir.
Çelikten pençelerimiz teröristlerin inlerini paramparça etmeye devam ediyor.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 14, 2024
Irak’ın kuzeyindeki Metina ve Gara bölgelerine düzenlenen ani hava harekâtları ile 10 PKK’lı terörist daha etkisiz hâle getirildi.#MillîSavunmaBakanlığı pic.twitter.com/D0i3ODJsYQ
Bizim.Media