Xəbər verdiyimiz kimi ötən gün İstanbulun mərkəzində yerləşən Fatih məscidinə bıçaqla hücum olub və imam yaralanıb.
Bizim.Media xəbər verir ki, İstanbul Bələdiyyə Başçısı namizədi Murat Kurum yaralanan imam Qalip Ustanı müalicə aldığı xəstəxanada ziyarət edib.
MÖVZU İLƏ BAĞLI:
İstanbulda məscidə HÜCUM OLUB: İmam yaralanıb - FOTO
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu yaralı imamla danışdırıb.
Ərdoğan telefon danışığı zamanı imamı şəfa diləyib:
“Ümid edirəm tezliklə sağalarsınız, Allah şəfa versin, Allah köməyimiz olsun”.
Bizim.Media