Almaniyanın vitse-kansleri hücuma MƏRUZ QALDI - TƏFƏRRÜATLAR - VİDEO

Almaniyanın vitse-kansleri hücuma MƏRUZ QALDI - TƏFƏRRÜATLAR - VİDEO

Hazırda oxunan: Almaniyanın vitse-kansleri hücuma MƏRUZ QALDI - TƏFƏRRÜATLAR - VİDEO

172119

Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek şimalda istirahət edərkən yüzdən çox fermerin hücumuna məruz qalıb.

Bizim.Media bu ölkənin “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə, nazir Almaniyanın şimalında, Danimarka yaxınlığında öz bərəsində istirahət edərkən baş verib. 

Belə ki, vitse-kansler limana toplaşan yerli fermerlərdən bir neçəsini bərəyə dəvət etsə də, onlar bunu qəbul etməyiblər. Üstəlik, naziri yanlarına çıxmağa dəvət ediblər, lakin mühafizəçilər təhlükəsizliyi bunu təhlükəli hesab ediblər. 
Bundan sonra 30-a yaxın etirazçı zorla gəmiyə minməyə cəhd edib və polis bibər qazından istifadə etməli olub. O, sahilə yalnız yerli vaxtla 1:50-də geri qayıda bilib.  

Qeyd edək ki, fermerlər vergi güzəştlərinin azaldılmasına qarşı çıxıblar və nazirlə şəxsən əlaqə saxlamaq istəyiblər.

Xatırladaq ki, Almaniya hökuməti büdcəyə qənaət etmək üçün cari ildən etibarən fermerləri vergi güzəştlərindən və dizel yanacağına endirimlərdən məhrum edib. Bu da bütün ölkədə kütləvi etirazlara səbəb olub. Yanvarın 4-də isə məlum olub ki, hökumət müavinətləri tam yox, mərhələli şəkildə ləğv etmək qərarına gəlib. 
 


Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO