ABŞ ordusunun hərbi bombardmançı təyyarəsi QƏZAYA UĞRADI - VİDEO

ABŞ ordusunun hərbi bombardmançı təyyarəsi QƏZAYA UĞRADI - VİDEO

Hazırda oxunan: ABŞ ordusunun hərbi bombardmançı təyyarəsi QƏZAYA UĞRADI - VİDEO

172108

Amerikanın “B-1B Lancer” strateji bombardmançı təyyarəsi təlim uçuşu zamanı ABŞ Hərbi Hava Qüvvələrinin “Ellsworth” bazasında qəzaya uğrayıb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Cənubi Dakotada baş verən qəza yanğınla nəticələnib.

Dörd ekipaj üzvündən heç biri ciddi xəsarət almayıb.

Hadisə yanvarın 4-də saat 17:50-də təyyarə eniş edərkən baş verib. Meteoroloji hesabatlar göstərir ki, həmin an qatı duman olub və havanın temperaturu sıfırın altında olub. 

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin bazasında 45 B-1 bombardmançı təyyarəsi var və onlardan 20-dən çoxu Rapid Siti yaxınlığındakı “Ellsworth” bazasında yerləşdirilib.
Hərbi mütəxəssislərin hesablamalarına görə, təyyarə aşağı döyüş effektivliyinə malikdir, tezliklə xidmətdən çıxarılacaq və “B-21 Raider” gizli bombardmançıları ilə əvəz olunacaq.
 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO