Yaponiyanın mərkəzində bir neçə güclü zəlzələ baş verib.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, ölkənin milli meteorologiya idarəsinin məlumatına görə, İşikava və Niiqata prefekturaları ərazisində maqnitudası 7,4-ə çatan zəlzələlər baş verib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur, lakin ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib. Belə ki, okeanda dalğaların hündürlüyü 5 m-ə çata bilər. Yerli sakinlərdən dərhal sahilyanı ərazini tərk etmələri xahiş edilib.
Eyni zamanda, bütün ölkə ərazisində güclü zəlzələlər barədə xəbərdarlıq sistemi üçüncü dəfə işə salınıb - yerli sakinlər yeni təkanlara hazır olmağa çağırılıb.
Bizim.Media