Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürülüb - YENİLƏNİB/VİDEO

Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürülüb - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürülüb - YENİLƏNİB/VİDEO

171103

Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında 1,5 ha sahədə məişət və təkər tullantıları yanıb.

Bu barədə Bizim.Media-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***10:16

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO