Xəbər verdiyimiz kimi Serbiyada müxalifət tərəfdarları prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serbiyanın Tərəqqi Partiyasının (SNS) qalib gəldiyi parlament və prezident seçkilərinin nəticələrinin ləğvi üçün etiraz aksiyası keçirirlər.
Bizim.Media xəbər verir ki, bu gün “Serbiya zorakılığa qarşı” hərəkatının üzvləri Belqradda yeni aksiyaya başlayıblar.
Müxalifət nümayəndələri səsvermə zamanı saxtakarlıq edildiyini iddia edərək seçkinin nəticələrini tanımaqdan imtina ediblər.
Qeyd edək ki, onlar, xüsusən, Belqradda yaşamayan 40 mindən çox insanın şəhər məclisinə seçkilərdə qeyri-qanuni olaraq SNS-in lehinə səs verdiyini iddia edirlər.
Bizim.Media