Dubayda otellərin birinin balkonunda etdikləri çılpaq fotosessiyaya görə saxlanılan ukraynalı qızlardan yeni informasiyalar əldə edilib. Ukraynanın Dubaydakı Konsulluğu ukraynalı qızların hüquqlarına hörmət edilməsini və bu insidentdə bütün səbəblərin aydınlaşdırılmasını təmin etmək üçün yerli hüquq-mühafizə orqanları ilə işləyir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “tsn.ua” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Oteldə BİABIRÇILIQ - 12 qadın çılpaq şəkildə eyvana çıxdı - VİDEO
Dubayda çılpaq qızların şəhərin göydələnlərindən birinin balkonundan çəkilən videoya görə 40 nəfər tutulub. Saxlanılanlar arasında 11 ukraynalı qız olub.
Bəzi modellərin adları artıq müəyyənləşdirilib.
Bunu ölkənin Xarici İşlər Nazirliyi təsdiqləyib. BƏƏ-də çəkilişlərin təşkilatçısı kimi tutulan 33 yaşlı rusun adı Aleksey Kontsovdur. O, Dubay həbsxanasından sərbəst buraxılmaq üçün vəkillərlə görüşüb.
Dubayda saxlanılan digər model qızlar Rusiya, Belarus və Moldovadandır.
Təxminən 40 model Dubayda ciddi qalmaqallara səbəb olan layihələrdə iştirak edib. Artıq məlumdur ki, bu qanun pozuntusu hadisələrin iştirakçıları üçün böyük cərimələrə və ya 6 ay həbs cəzasına səbəb olacaq. Çəkilişlər aprelin 3-də Dubai Marina ərazisindəki bir göydələnin eyvanında baş verib. Bunu qonşu göydələnlərdə olan insanlar da görüblər.
Qeyd edək ki, BƏƏ qonşu dövlətlərlə müqayisədə bir çox cəhətdən liberal olsa da, davranış və ifadələri tənzimləyən sərt qanunlara malikdir.
İnsanlar internetdəki şərhlərinə və videolarına görə həbs edilir. BƏƏ-dəki əksər dövlət telekomünikasiya şirkətləri iri pornoqrafik veb saytlara girişi bloklayıb.
Bizim.Media