Güclü külək Siyəzəndə fəsadlar törətdi - VİDEO

Güclü külək Siyəzəndə fəsadlar törətdi - VİDEO

Hazırda oxunan: Güclü külək Siyəzəndə fəsadlar törətdi - VİDEO

170505

Ötən gecədən başlayan güclü külək Siyəzən rayonunda fəsadlara yol açıb.

Siyəzən rayon icra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, qasırğa Siyəzən şəhərində, Heydər Əliyev küçəsində  iki çoxmənzilli beşmərtəbəli yaşayış binasının damını uçurub.

Bundan əvvəl külək ağacları aşırıb, rayon  mərkəzində mağaza və ictimai-iaşə obyektlərinin qapı və pəncərələrini dağıdıb.

Siyəzən rayon FHK dəyən zərərin dəqiqləşdirilməsini aparır.
 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO