İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri bu gün Ağdamda səfərdədir.
Bizim.Media xəbər verir ki, nümayəndə heyəti Ağdam şəhərində İbrahim Xəlil Xanın İmarətində olub.
MÖVZU İLƏ BAĞLI:
İƏT Baş katibi müavininin Ağdam TƏƏSSÜRATI - ''Allaha dua edirəm ki...''
Məlumat verilib ki, xanın sülaləsi burada dəfn edilib. Xanın burda dəfn edilən ailə üzvlərinin hər birinin məzarı üstündə məqbərə inşa edilib. İşğaldan sonra ermənilər buranı da viran qoyublar. Xaraba qalan binalarda isə donuz saxlanılıb.
O da bildirildi ki, imarətin yanında Ağdamın məşhur "Qarabağ" futbol klubunun stadionu olub.(Trend)
Bizim.Media