Rusiya Ay və Marsa uçmaq üçün super raketlər hazırlayır – VİDEO

Rusiya Ay və Marsa uçmaq üçün super raketlər hazırlayır – VİDEO

Hazırda oxunan: Rusiya Ay və Marsa uçmaq üçün super raketlər hazırlayır – VİDEO

16987

"Kosmosda İnsan" beynəlxalq simpoziumu zamanı Beybəlxalq Kosmik Stansiyasının Rusiya seqmentinin uçuş direktoru Vladimir Solovyov Rusiya Federasiyasında 200 tona qədər çəkisi olan super ağır raket daşıyıcılarının layihəsini elan edib.

Bizim Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Solovyov qeyd edib ki, hazırda “Anqara” adlı raket daşıyıcıları aktiv inkişaf mərhələsindədir:

“Texniki təkliflər mərhələsində100 tondan çox və hətta 200 tonadək super-ağır raket daşıyıcıları üçün ilkin qaralama dizaynları hazırlanır. Onlar Ay və Marsa iddialı uçuşları həyata keçirmək üçün nəzərdə tutulub”.

Solovyov belə raketlərin yaradılmasının yüksək xərclər tələb edəcəyini, bununla əlaqədar “Roskosmos”un beynəlxalq əməkdaşlıq variantlarını nəzərdən keçirdiyini vurğulayıb.

Xəyalə Həsənova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO