Əsirlikdən azad edilən Aqşin valideynlərinə ZƏNG ETDİ - VİDEO

Əsirlikdən azad edilən Aqşin valideynlərinə ZƏNG ETDİ - VİDEO

Hazırda oxunan: Əsirlikdən azad edilən Aqşin valideynlərinə ZƏNG ETDİ - VİDEO

168910

Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi nəticəsində əsirlikdən azad edilən hərbçi Aqşin Bəbirov ailəsi ilə telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri İctimai Televiziya (İTV) yayımlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə məlumat yayıblar.

Bildirilib ki, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Həmin görüntüləri təqdim edirik:
 


Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO