Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Təsir dairəsi” ictimai sosial proqramında bildirilib.
Belə ki, proqramın aparıcısı Lalə Azərtaş sözügedən qızın nişan fotosunu da yayımlayaraq bildirib ki, hadisəni dəqiqləşdirmək üçün Astaraya gedib:
“Ötən həftə belə hadisə oldu, mən efirdə müraciət etdim ki, belə hal olsa müraciət edin. Qaynar xəttimiz susmur, nə qədər belə qızlarımız var. Bu dəfə də xəbər gələndə, foto istədim. Çünki mənim ötən gün döydüyüm qapıda az qala and içdilər ki, belə bir hal yoxdur. Astaranın Kakalos kəndinə getdik.
Orada dedilər ki, 2024-cü ilin martında toy olacaq. Belə çıxır ki, 18 yaş gözlənilməyəcək. Qızın hazırda 16 yaşı var, 14 yaşından nişanlanıb. Bizi aldatmaq istədilər ki, qız 16 yaşında nişanlanıb, 2 il sonra toyudur. Vəsiqəyə baxanda isə gördük ki, yalan deyirlər. Getdik evlərinə, çəkilişə mane olmaq istədilər. Qıza sual verəndə isə, bir arzusu olduğunu dedi - “oxumaq””.
Proqramdan həmin görüntüləri təqdim edirik:
Bizim.Media