İranda güclü partlayış olub, ölənlər var - FOTO/VİDEO

İranda güclü partlayış olub, ölənlər var - FOTO/VİDEO

Hazırda oxunan: İranda güclü partlayış olub, ölənlər var - FOTO/VİDEO

168099

İranın Əlborz əyalətinin Fərdis şəhərində güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki,  bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Fərdisdə icazəsiz fəaliyyət göstərən emalatxananın partlaması nəticəsində iki nəfər ölüb. Hadisədə üç yaşayış binası tamamilə dağılıb və daha bir yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Dağıntılar altında insanların qalması istisna edilmir”, - deyə Fərdis şəhər Bələdiyyəsinin Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətləri İdarəsinin rəisi Hüseyn Aşuri bildirib.
Qeyd edək ki, partlayışa səbəb sözügedən emalatxanada yandırıcı materiallar hazırlayarkən baş verən qəza olub.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO