“Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) "Kızılelma" tezliklə Azərbaycan səmasında uçacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Baykar bu tarixdən "Kızılelma"nın kütləvi istehsalına başlayacaq - FOTO/VİDEO
""Bizim nəyimiz varsa, Azərbaycanındır" demişdik. Odur ki, bizim Bayraktar PUA-larımız artıq Azərbaycan səmasında uçur və onun təhlükəsizliyini təmin edir. Lakin Türkiyədə həm də yeni "Kızılelma" PUA-sı hazırlanıb. Tezliklə o da Azərbaycan səmasında uçmağa başlayacaq”, - deyə səfir qeyd edib.
Diplomat bildirib ki, Türkiyə Şuşa bəyannaməsinə uyğun olaraq Azərbaycanla əməkdaşlığı genişləndirir.
Bizim.Media