Azərbaycanlı keçmiş bədii gimnast, hazırda fitnes məşqçisi kimi fəaliyyətini davam etdirən Samirə Mustafayeva paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, idmançı Moskva metrosunun vaqonunda tək əyləşərək digər kişi sərnişinin yanında oturmasına hərəkəti ilə imkan verməyib.
Belə ki, sərnişin Samirənin sağında əyləşmək istəyərkən sağ ayağını digər oturacaqlara uzadıb. Sərnişin sola keçib əyləşmək istədiyi an Mustafayeva digər sol ayağını oturacağa uzadıb. Beləcə bədii gimnast ideal şpaqat oturmasını nümayiş edib.
Həmin videonu "prank" şəklində çəkərək sosial şəbəkə hesabında paylaşan idmançını izləyiciləri sərt şəkildə tənqid ediblər.
Onlar Samirənin metroda qoyulan qaydaları kobud şəkildə pozduğunu və etdiyi hərəkəti ona yaraşdırmadığını yazıblar.
Qeyd edək ki, Samirə Mustafayeva zəngin iş adamı Nikolay Kondratyukla iki il öncə iyul ayında Fransanın Rivyera sahillərində yerləşən Sent-Anes bölgəsində nikah bağlayıblar.
- A-
- A
- A+
Multimedia
17:56 / 03.12.2023
Azərbaycanlı gimnastın metrodakı bu hərəkəti TƏNQİD OLUNDU - VİDEO
Hazırda oxunan: Azərbaycanlı gimnastın metrodakı bu hərəkəti TƏNQİD OLUNDU - VİDEO
Hazırda oxunan: Azərbaycanlı gimnastın metrodakı bu hərəkəti TƏNQİD OLUNDU - VİDEO
167259
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.