Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun ölkədən çıxmasına icazə verilməyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, əlində Rada sədrinin imzası ilə sənəd olsa da sərhəddə buraxılmayıb və xaricə beynəlxalq görüşlərə getməsinə icazə verilməyib.
O bu məsələdə Ukrayna Prezidentinin ofisini günahlandırıb:
“Ali Radanın sədrinin imzası ilə ezamiyyətim var idi, lakin sərhədçilər məni buraxmadılar. Sərhədçilərin öz təşəbbüsü ilə hərəkət etdiyini düşünmək fikrindən uzağam. Parlament sədrinin imzaladığı sənədi kimin ləğv etdiyini hər kəs təxmin edə bilər”.
Bizim.Media