Çeçenistana 50-dən çox fələstinli qaçqın, o cümlədən 27 uşaq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.
Daha əvvəl qeyd edildiyi kimi, qaçqınlar Çeçenistan Respublikasının Şalinski rayonunda yerləşən “Qornı Klyuç” uşaq sağlamlıq düşərgəsinə yerləşdiriləcəklər.
“Burada münaqişə zonasından gələnlər yaşayış və istirahət üçün ən yaxşı şəraitlə təmin ediləcəklər. Lazım gələrsə, onlara tibbi yardım göstəriləcəkdir. Öz gəlirini təmin etmək istəyənlər isə peşə vərdişlərindən və əvvəllər əldə etdikləri ixtisaslardan asılı olaraq işlə təmin olunacaq. Bundan əlavə, uşaqlar üçün tam hüquqlu təhsil prosesi təşkil olunacaq”, - deyə Kadırov qeyd edib.
Bizim.Media