Finlandiya Rusiya ilə sərhəddəki 9 keçid məntəqəsindən səkkizini bağlamaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Petteri Orpo bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Baş nazir bildirib ki, Finlandiya Rusiya ilə sərhəddə Raya-Xosepi istisna olmaqla, bütün keçid məntəqələrini rəsmən bağlayır.
Qeyd edək ki, Finlandiya hökuməti bununla bağlı daha əvvəl də məlumat versə də ölkənin ədliyyə naziri sərhədlərin bağlanacağı xəbərini təkzib etmişdi.
Bizim.Media