Bu gün 81 yaşı tamam olan ABŞ Prezidenti Cozef Bayden Ağ Evin həyətində keçirilən ənənəvi “Hind toyuğunun əfvi” mərasimində iştirak edib.
Bizim.Media xəbər verir ki, tədbir hər il “Şükran günü” ərəfəsində keçirilir və dövlət başçısına adətən enli sinəli ağ tükləri olan hind toyuğu hədiyyə edilir.
Prezident həmin hind toyuğunu “əfv edib” kəsilməsini əngəllədiyindən “Şükran günü” üçün yeməkdə başqa eyni rəng və çəkidə olan hind toyuğu kəsilir.
Adları simvolik olaraq “Azadlıq” və “Zəng” olan quşların hər birinin çəkisi 20 kq. ağırlığında olub.
Qeyd edək ki, bu ənənənin tarixi Avraam Linkolnun hakimiyyəti dövrünə gedib çıxır. Rəvayətə görə, onun kiçik oğlu Prezidentdən “Şükran Günü” yeməyinin bir hissəsi olacaq evdə yetişdirilən hind toyuğuna rəhm edərək kəsməməyi xahiş edib. Bundan sonra hər il ölkədə “Şükran Günü”
mərasimində 2 ədəd hind toyuğu “əfv edilərək” kəsilmir.
Bizim.Media