\

\"TIR\"larla gəlin gətirməyə gedənlər saxlanıldı - VİDEO

Hazırda oxunan: \"TIR\"larla gəlin gətirməyə gedənlər saxlanıldı - VİDEO

164172

Lənkəranda “TIR”larla toy karvanı təşkil edən sürücülər saxlanılıb.

Bizim.Media xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri “TIR”larla toy karvanı təşkil etmələrinin görüntüləri sosail şəbəkələrdə yayılıb.

Onların yük avtomobilləri ilə Lənkəran - Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirdikləri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan qafqazinfo-ya bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib:

“Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO