“Ulduz” filmindəki ev tanınmaz hala düşüb – Bu tarixi məkanı kim bərpa etməlidir? – FOTO+VİDEO

“Ulduz” filmindəki ev tanınmaz hala düşüb – Bu tarixi məkanı kim bərpa etməlidir? – FOTO+VİDEO

Hazırda oxunan: “Ulduz” filmindəki ev tanınmaz hala düşüb – Bu tarixi məkanı kim bərpa etməlidir? – FOTO+VİDEO

16386

"Ulduz" filmində məşhur epizodun çəkildiyi ev uçmaq üzrədir.

Bizim.Media-xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Videogörüntülərdən aydın şəkildə görünür ki, həqiqətən də tarixi məkan yararsız haldadır.

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq  bildirilib ki, sözügedən ev şəxsi mülkdür: 

“Dövlət tərəfdən qeydiyyata alınır, lakin dövlət əmlakı deyil. Yalnız yerli əhəmiyyətli abidə kimi qeydə alınıb. Ətraflı araşdırıb məlumat veriləcək”.

Qeyd edək ki, 58 il bundan əvvəl “Ulduz” filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsində gördüyümüz ləm (yay evi) XIX əsrdə inşa olunub. Orijinallığı ilə diqqəti cəlb edən bu ləm cənub bölgəsinə gələn turistlərin üz tutduğu maraqlı məkanlardan biri olub.

Xatırladaq ki, “Ulduz” filmində əsas epizodların əksəriyyəti Astaranın Ərcivan kəndində çəkilib.

Gülşanə Mustafayeva, Bizim.Media
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizimmediaaz)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO