Panamada Dünya Robot Olimpiadasında 2-ci yeri tutan Azərbaycanın "Village Boys" komandasının 3 üzvündən biri şəhid övladıdır.
Bu barədə Bizim.Media-ya şəhid Abakar Hacıyevin qayınanası Fatimat Bullayeva məlumat verib.
Belə ki, Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyev Vətən Müharibəsi şəhidi Abakar Hacıyevin böyük övladıdır və bu mötəbər beynəlxalq yarışmada ölkəmizi layiqincə təmsil edib.
Azərbaycanın Zəfər gününü qeyd etdiyi bu günlərdə komandanın bu qələbəsi Hacıyevlər ailəsində böyük sevincə səbəb olub.
Onu da əlavə edək ki, Panamada keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanın milli komandasının iştirakı Gənclər və İdman Nazirliyinin, AREA-nın təşkilatçılığı ilə baş tutub.
5 qitədən 84 ölkənin 450 komandanın qatıldığı Dünya Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə mübarizə aparıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu