Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putinin görüşü zamanı maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Qazaxıstan Prezidenti açılış nitqində qazaxca çıxış edib.
Yayılan kadrlardan belə görünür ki, Rusiya nümayəndə heyəti Tokayevin rusca danışmasını gözləyiblər. Amma Qazaxıstan Prezidenti ana dilində danışmağa başladıqda Rusiya rəsmiləri dərhal qulaqcıqlarını taxmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, liderlərin görüşü noyabrın 9-da Putinin Qazaxıstana rəsmi səfəri çərçivəsində baş tutub.
Həmin görüntüləri təqdim edirik.
Bizim.Media