Topçu Vüsal, baş çavuş Mətləb və əsgər Nəbi - Şuşaya gedən yolun qəhrəmanları...  – REPORTAJ - VİDEO

Topçu Vüsal, baş çavuş Mətləb və əsgər Nəbi - Şuşaya gedən yolun qəhrəmanları...  – REPORTAJ - VİDEO

Hazırda oxunan: Topçu Vüsal, baş çavuş Mətləb və əsgər Nəbi - Şuşaya gedən yolun qəhrəmanları...  – REPORTAJ - VİDEO

16332

“Bu gün həmin ərazilərə yollana, çəkiliş apara biliriksə, bunu dövlət başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən qəhrəman oğullarımıza borcluyuq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “İctimai” televiziyanın aparıcısı çəkiliş qrupunun Şuşaya ezamiyyəti ilə bağlı reportajı anons edərkən səsləndirib.

“Şuşaya gedən yolda igidlərimizlə görüşlərimiz olub.

Səfərimizi sübh tezdən, günəşin ilk şəfəqlərinin aydınlatdığı vaxtlarda yollanırıq. İstiqamətimiz Şuşa olsa da yolboyu sizi işğaldan azad edilən digər yurd yerlərimizlə də tanış edəcəyik. 

Nəhayət, hava bir qədər aydınlanır. Biz Xocalı rayonunun Çanaxçı kəndindəyik. Dumanlı dağların ətəyində, yaşıllıqlarla əhatə olunan Çanaxçı.

 

MÖVZU İLƏ BAĞLI:

Topçu Vüsalın yeni FOTOSU yayıldı 


Bu kadrlarda nəzərdə tutulan yarım tikili məktəb üçün nəzərdə tutulmuşdu. Elə ermənilərin Qarabağ xəyalı kimi yarımçıq qaldı.

Bu igidlər isə qəhrəmanlıq səlnaməmizi yazanlardır. Hər birinin döyüş yolu fərqli olsa da istək və amalları eynidir.

Müharibə başa çatıb, lakin onlar işğaldan azad olunan ərazilərimizdə xidmətlərini davam etdirirlər”. Şuşaya yollanan jurnalist bildirib.

“44 günlük müharibəmizdə komandirlərimizlə birgə Xocavənd rayonunadək döyüşərək gəldik və qabiliyyətimizi uğurla başa vurduq”. Əsgərlərdən biri fikrini belə ifadə edib.

Jurnalist nəhayət, ünvana, Şuşaya yetişdiklərini deyir:

“Dağıdılmış küçələr, talan edilmiş evlər qarşılayır bizi. Şuşanın siması tamamilə dəyişib.

Dəyişməyən isə havası, səfalı təbiətidir. Bura gəlməyimizin məqsədini isə aprelin 4-də “İctimai” televiziyada yayımlanacaq “Tələ” filmindən biləcəksiniz”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO