Nazirlik valideynləri peyvəndlə hədələyən direktorun işini ARAŞDIRIR - VİDEO

Nazirlik valideynləri peyvəndlə hədələyən direktorun işini ARAŞDIRIR - VİDEO

Hazırda oxunan: Nazirlik valideynləri peyvəndlə hədələyən direktorun işini ARAŞDIRIR - VİDEO

16279

Paytaxt məktəblərindən birinin direktoru valideynləri hədələyib. Belə ki, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Mehdi Hüseynzadə adına 1 saylı məktəbin direktoru Taliyə Mirzəyeva IX və XI sinif şagirdlərinin valideynlərini peyvənd olunmağa təhrik və məcbur edib.

Peyvənd könüllülük prinsipi ilə həyata keçirilməli olduğu halda direktor yuxarı sinif şagirdlərinin valideynlərinin “Watsapp” qrupuna səs göndərərək onlara sözün əsl mənasında hədə-qorxu gəlib. 

Cebhe.info-nun bununla bağlı təqdim etdiyi səsyazısında direktor əvvəlcə valideynlərə vaksinasiya prosesində iştirakları üçün çağırış edib.

Daha sonra çağırış tələb və hədə ilə nəticələnib: 

“Mən sizdən xahiş etdim. Əgər xahişə baxmayacaqsınızsa, valideynlərin peyvənd olunmasına dair sənəd olmasa, mən də 9 və 11-ci siniflərin şagirdlərinə imtahan üçün tələb olunan arayışları təqdim etməyəcəyəm” deyə səsyazısında əks olunub. 

Məktəb direktorunun 2021-2022-ci illər üçün “Vaksinasiya Strategiyası”nda nəzərdə tutulan tələbləri pozması, eyni zamanda  valideynləri hədələməsi ciddi müzakirələr yaradıb. 

Bizim.Media məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə yaradıb. Qurumun mətbuat katibi Cəsarət Valehov saytımıza açıqlamasında mövzu ilə bağlı araşdırma aparıldığını deyib.

Qeyd edək ki, Azərbaycanda bir həftədir ki, 40-50 yaş arası şəxslər üçün vaksinasiya prosesi başlayıb. 

Peyvəndləmə pulsuz və könüllük prinsipi ilə həyata keçirilir. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO