İsrailin Aşdod şəhəri HƏMAS-ın raket hücumlarına məruz qalıb.
Bizim.Media xəbər verir ki, kütləvi hücumlardan sonra şəhərdə bir sıra infrastrukturlara ziyan dəyib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media