Pakistanın hərbi hava marşalı Azərbaycanda - FOTO/VİDEO

Pakistanın hərbi hava marşalı Azərbaycanda - FOTO/VİDEO

Hazırda oxunan: Pakistanın hərbi hava marşalı Azərbaycanda - FOTO/VİDEO

16200

Martın 29-da Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini hava marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla anıb.

 

MÖVZU İLƏ BAĞLI:

Pakistanın hərbi sənayedə uğuru - Yeni raket nələrə qadirdir? - VİDEO


Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Pakistanlı marşal Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığının perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO