ABŞ Prezidenti Cozef Bayden İordan çayının qərb sahilində məskunlaşan fələstinliləri müdafiə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bayden Avstraliyanın baş naziri Entoni Albanese ilə birgə mətbuat konfransı zamanı deyib.
"Bununla bağlı bir söz daha. Ekstremist məskunlaşmaların İordan çayının qərb sahilində fələstinlilərə hücum etməsindən narahat oluram. Çünki bu, onsuzda alovlanan atəşə (Qəzza zolağında İsrail-Fələstin münaqişəsini nəzərdə tutur red.) yağ qatır. Razılıq var idi ki, israillilər haqlı olduqları yerlərdə fələstinlilərə hücum edəcəklər. Buna son qoyulmalıdır”.
Bizim.Media