Erməni işğalından azad edilən Xocavənd rayonunun Azıx kəndinin video görüntüləri yayılıb.
Bizim.Media xatırladır ki, Azıx kəndi 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Kənd adını ərazidəki Azıx mağarasının adından alıb. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşıb və yaşayış məntəqəsini Azox adlandırıblar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur.
Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər. Lakin mağaradakı 6 salon və 2 giriş qapısının olması, ocaq yerinin varlığı burada insanların yaşadıqlarından xəbər verir.
Bizim.Media