“Yarım milyon kubmetr torpaq çökə bilər. Meriya hamını sakitləşdirir, monitorinq sistemlərini quraşdırır, ancaq fövqəladə vəziyyətin qarşısını ala bilməyəcəyi təqdirdə evakuasiya planı hazırlayır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “sputnik-georgia.ru" saytı Gürcüstanın paytaxtı Tiflis şəhərinin təhlükəli bölgədə yaşayan sakinlərə istinadən yayıb.
Mənbə yazır ki, panikaya düşən etiraz aksiyası keçiriblər.
MÖVZU İLƏ BAĞLI:
Tiflisdə insanlar küçələrə axışdı – VİDEO
Xatırladaq ki, Lisi gölü yaxınlığındakı Maçavariani küçəsində dünəndən başlayaraq sürüşmə başlayıb.
Eni hər gün təxminən beş santimetr artan yamacda 18 metrdən çox dərinlikdə çatlar əmələ gəlib.
Geoloqların proqnozlarına görə, zəlzələ və ya güclü yağış halında, təxminən 500 ton torpaq yamacdan aşağı enəcək və bu ərazidə yaşayan insanlar üçün təhlükə yaradacaq.
Bizim.Media