SON DƏQİQƏ: İslam Əməkdaşlıq Təşkilatı Fələstin üçün toplandı - VİDEO 

SON DƏQİQƏ: İslam Əməkdaşlıq Təşkilatı Fələstin üçün toplandı - VİDEO 

Hazırda oxunan: SON DƏQİQƏ: İslam Əməkdaşlıq Təşkilatı Fələstin üçün toplandı - VİDEO 

160466

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Açıq İştirak üzrə İcraiyyə Komitəsi oktyabrın 18-də İsrailin Qəzzada bütün Fələstin əhalisini hədəf alan hücumları ilə bağlı toplaşıb.

Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edir.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden: “Qəzzadakı xəstəxananın vurulmasına görə HƏMAS məsuliyyət daşıyır” – VİDEO  


Yığıncaqda İsrailin mülki şəxslərə qarşı hücumlarına qarşı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq konkret addımlar dəyərləndirilir, üzv dövlətlər tərəfindən ortaq münasibət müəyyən edilməsi məsələsi müzakirə olunur.  

Hakan Fidan bu səfər öncəsi jurnalistlərə verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin bir araya gəlib ciddi diplomatik mövqe sərgiləyə biləcəyini vurğulayıb.

Ciddədə ikitərəfli danışıqlar da aparan türkiyəli nazir Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan və küveytli həmkarı Şeyx Səlim Abdullah əl-Cabir əs-Sabah ilə görüşüb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO