DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ - VİDEO 

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ - VİDEO 

Hazırda oxunan: DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ - VİDEO 

159656

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. 

"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq", - deyə vurğulanır: 

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın! 

• Yalnız gündəlik işlək yollardan istifadə edin! 

• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun! 

• Naməlum əşyalara toxunmayın! 

• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün! 

Xatırladaq ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib. Nəticədə "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO