İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etmək məqsədilə Qarabağa səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Füzuli hava limanında həmkarı Ceyhun Bayramovla görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdən sonra Hakan Fidan onun üçün ayrılan xüsusi avtomobilə minərək Ceyhun Bayramovla Şuşaya doğru hərəkət ediblər.
MÖVZU İLƏ BAĞLI:
Hakan Fidan: “Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh üçün sərf etməyin vaxtıdır"
Qeyd edək ki, avtomobili isə Hakan Fidan idarə edib.
Bizim.Media