İrəvanda hüquq-mühafizə orqanları ilə “Daşnaksütyun” partiyasının üzvləri arasında mübahisə düşüb.
Bizim.Media “News.am”a istinadən xəbər verir ki, parkların birində oturan sözügedən partiyanın üzvü Qerasim Vardanyan və başqaları polis idarəsinə aparılıb.
Polislər əvvəlcə Vardanyana ərazini tərk etməyi təklif etsələr də, daşnak tərəfdarı “kiməsə narahatçılığım varsa, qoy buranı sürünərək keçsin” deyib.
MÖVZU İLƏ BAĞLI:
“Daşnak ideologiyası erməni xalqının faciəsidir” – Politoloq şərh edir Edit
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan həmin ərazidən piyada keçməli idi və adıçəkilən partiya mənsubu bilərəkdən o parkda oturmuşdu.
Ərazidən uzaqlaşdırılan Vardanyan sonda qışqırıb ki, “hansısa səfehə görə istədiyim yerdə gəzmək hüququmdan məhrum olmalı deyiləm”.
“Daşnaksütyun” partiyasının üzvü “kiməsə narahatçılığım varsa, qoy buranı sürünərək keçsin” və “hansısa səfehə görə istədiyim yerdə gəzmək hüququmdan məhrum olmalı deyiləm” atmacalarında Paşinyanı nəzərdə tutub.
Həmin görüntüləri təqdim edirik.
Bizim.Media