Azərbaycanın Qarabağ İqtisadi Zonasında həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bir çox yaşayış məntəqələri terrorçu dəstələrdən təmizləndi.
Həmin məntəqələrdən biri də Tərtər rayonunun Umudlu kəndidir. Qarabağ müharibəsinin ilk illərində ağır döyüşlərlə, düşmənin amansız mühasirəsi ilə yadda qalan Umudlu indi azaddır. Bu hal isə uzun illərdir köçkün həyatı yaşayan Umudlu sakinlərinə əvəzolunmaz sevinc yaşadıb.
MÖVZU İLƏ BAĞLI:
İşğaldan azad edilmiş stadionlarımız – VİDEO
Kənd sakini İlqar Qasımov Bizim.Media ilə sevincini paylaşmaqla yanaşı kəndin zəngin təbiəti və qədim tarixə malik olan abidələri haqqında da geniş söhbət açıb.
Həmin videosüjeti təqdim edirik:
Elgün Gəncimsoy, Nicat Niftəliyev, Bizim.Media, Qarabağ bürosu