Antiterror tədbirlərindən sonra zərərsizləşdirilən minaların SAYI - VİDEO 

Antiterror tədbirlərindən sonra zərərsizləşdirilən minaların SAYI - VİDEO 

Hazırda oxunan: Antiterror tədbirlərindən sonra zərərsizləşdirilən minaların SAYI - VİDEO 

158013

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. 

Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. 

Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO