BBC News Ermənistanın paytaxtı İrəvanda sorğu keçirib.
Bizim.Media xəbər verir ki, İrəvan sakinlərindən onların Rusiya qazının Azərbaycandan keçməklə Ermənistana verilməsinə münasibətləri və ermənilərlə azərbaycanlıların birgə yaşayışı barədə soruşulub.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda erməni qalmayacaq – Qadağalar götürüldü, hamı qaçır...
Respondentlərdən biri Azərbaycana etibar etmədiyini söyləyib:
“Azərbaycana etibar etmək olmaz nə istəsə edə bilər. Kəsə bilər qazı. Heç fərqi yoxdur Rusiya ilə sövdələşib. Rusiyanı da aldadar. Yalandan deyər “mən necə lazımdır elə edirəm” və etməz”
Digər sakinin cavabı isə belə olub:
“Çox pis. Adi bir şey – Türkiyə bizi 30m il blokadada saxladı. Gərək bizim axmaqlar da onları blokadada saxlayaydı. Türkiyə mallarına qadağa qoysaydılar bu günə düşərdik? İndi siz fərqi görəsiz Rusiya qazı necə gələcək”.
“Qoy qaz gəlməsin. Lazım gəlsə 3 həftə xorək bişirmərik, amma oradan gəlməsin”- deyə erməni qadn bildirib.
Birgəyaşayışa gəldikdə isə respondentlər bunu da xoş qarşılamayıblar:
“İstəmirəm nə qonşu, nə qohum olsunlar. İstəmirəm”, “Bu qədərdən sonra biz onlarla birgə yaşaya bilmərik”
Bizim.Media