"Paşinyan İlham Əliyevlə görüşə mina xəritələri ilə gələcək" - AÇIQLAMA

Hazırda oxunan: "Paşinyan İlham Əliyevlə görüşə mina xəritələri ilə gələcək" - AÇIQLAMA

156761
"Ermənistan Baş naziri Nikol Paşinyan ikitərəfli dövlətlər arasında əlaqələrin normallaşması üzrə danışıqlar prosesində Qarabağ sahəsinə girərsə, minaya düşəcək. Çünki Qarabağ Ermənistan üçün bitib”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, Paşinyanın Qarabağ məsələsini minalı sahə adlandırdığını və ora yaxınlaşmağın Ermənistan üçün fəlakətə yol açacağını dediyini xatırladıb:

"Prezident İlham Əliyev Suqovuşan və Talış kəndinə səfərində Ermənistana bir daha Qarabağla bağlı mesajlarını verdi. Bundan sonra Minsk qrupu həmsədrləri yalnız iki dövlətin liderinin görüşünü təşkil edərək sülh müqaviləsinin bağlanması üzrə çalışmalıdır. Minsk qrupu bağlı qapılar arxasında Qarabağ danışıqlarına cəhd edərsə, Azərbaycan bundan çəkinməlidir. Belə olan halda, Minsk qrupu "status" məsələsinə cəhd edəcək”.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə əsasən, 10 noyabr razılaşmalarında bir neçə bənd və 11 yanvar razılaşmasının reallaşması müzakirə ediləcək:

"Həmçinin Azərbaycanda saxlanılan erməni diversantlarla bağlı məsələ müzakirə ediləcək. Belə bir görüşün baş tutması ilə ikitərəfli təmaslarda  normallaşmaya və nəqliyyat əlaqələrinin bərpasına gedilə bilər. Eyni zamanda Azərbaycanın işğalda olan Qazaxın bir neçə kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin azad olunması gündəliyə gələcək. Ermənistan və Azərbaycan arasında mümkün müsbət siqnallar verilir. Prezident Suqovuşanda verdiyi mesajda Paşinyan haqqında mənfi sözlər işlətmədi. Əsasən, eks prezidentlər və revanşistlərə mesajlarını kəskin bildirdi. Ümumiyyətlə, bu çıxış  erməni toplumu üçün bir xəbərdarlıq idi”.

Politoloq eyni zamanda bildirib ki, ölkə rəhbərlərinin görüşü Rusiyanın vasitəçiliyi ilə deyil, birbaşa qarşılıqlı razılaşma ilə baş tutacaq: 

"Bu görüşdə Paşinyan mina xəritələrini gətirəcəksə, bu xəritələrin reallığı əks etdirməsi mümkündür. Əksi, öz imicinə zərbə vurmuş olar”.

Günay Rəsulqızı
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO