Avstraliyanın şərq sahilləri boyunca yağan güclü yağışlar bəzi bölgələrdə yarım əsrdə ən güclü daşqına səbəb olub.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, daşqınlar nəticəsində minlərlə ev zədələnib, insanlar təxliyə olunub.
Yeni Cənubi Uelsin (NSW) Baş naziri Qladis Berejiklian bunu 50 ilin hadisəsi kimi dəyərləndirib.
Sosial mediada paylaşılan görüntülərdə suyun evləri yuyub apardığı, yollara, ağaclara ciddi ziyan vurduğu əks olunub.
Bizim.Media