Köpək balığı yenidən insana hücum edib.
Bizim.Media xəbər verir ki, dəhşətli hadisə bu dəfə Şarm əl-Şeyxdən təxminən 100 kilometr aralıda yerləşən Dahab kurortunda baş verib.
Yırtıcı misirli qadının əlini dişləyib. Çoxlu qan itirən qadın huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin stabil olduğu deyilib.
Qurban açıqlamasında bildirib ki, canlını köpək balığı deyil, tuna balığı zənn edib. Buna görə də o, dənizdə üzməkdə davam edib. Hadisə ilə əlaqədar olaraq, yırtıcı tapılana qədər Dahabda bir neçə çimərliyin bağlanması qərara alınıb.
Qeyd edək ki, ötən ay həmin ərazidə bir köpək balığı görünsə də, nə yerli hakimiyyət orqanları, nə də turistlər buna əhəmiyyət verməyiblər.
Rəşad Əliyev, Bizim.Media