Britaniyalı jurnalistin amerikalı iş adamı İlon Maska ünvanladığı sual gündəm olub.
Bizim.Media xəbər verir ki, jurnalist İlon Maska onun Rusiyaya kömək etmək üçün “Starlink”in işinə müdaxiləsi ilə bağlı sual ünvanlayıb.
“Bilirsinizmi ki, sizin məlumatsızlığınız və eqoizminiz ukraynalıların həyatı bahasına başa gəlib?” – deyə müxbir bildirib. Milyarder bu suala cavab verməyib.
Qeyd edək ki, bir müddət əvvəl “CNN”in yaydığı məlumatda, ötən ilin martında İlon Maskın gizli şəkildə Krım sahilləri yaxınlığında "Starlink" peyklərini söndürdüyü bildirilmişdi.
Bizim.Media