Təxminən 90 metrdən rəqib çərçivəsinə düşən qolkiper - Fantastik QOL - VİDEO

Təxminən 90 metrdən rəqib çərçivəsinə düşən qolkiper - Fantastik QOL - VİDEO

Hazırda oxunan: Təxminən 90 metrdən rəqib çərçivəsinə düşən qolkiper - Fantastik QOL - VİDEO

15477

Futbol üzrə Portuqaliya Sequndasının "Varzim" - "Mafra" matçının ikinci hissəsində kuryoz epizod baş verib.

Bizim.Media xəbər verir ki, 53-cü dəqiqədə meydan sahiblərinin qapıçısı Rikardu Nuneş özlərinə aid cərimə meydançasından topu qüvvətli zərbə ilə irəli vurub.

Top bütün meydanın üzərindən uçaraq rəqibin cərimə meydançası qarşısında yerə dəyib və "Mafra"nın qapısına daxil olub.

 

MÖVZU İLƏ BAĞLI:

Kriştiano Ronaldo Peleni qabaqladı - Ən məhsuldar futbolçu oldu


Rikardu vurduğu qola emosional reaksiya verib və sevincini komanda yoldaşları ilə bölüşməyə tələsib.

Qeyd edək ki, 2:0 hesabı ilə qalib gələn "Varzim" xalını 21-ə çatdıraraq, 17-ci pillədə qərarlaşıb. "Mafra" isə 33 xalla 8-cidir.

Fantastik qolun videosunu təqdim edirik.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO