Xəbər verildiyi kimi, dünən gecə 4 azyaşlı uşağın onkoloji xəstə olan nənəsi ilə bərabər küçədə qalması ilə bağlı görüntülər yayılıb.
Jurnalist Günya İman tərəfindən işıqlandırılan hadisəyə Daxili İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilib.
Bu barədə Bizim.Media-ya DİN-in əməkdaşı Nurlan Əliyev məlumat verib.
O, bildirib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
1 nəfər müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlılar isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub.
İlhamə Əli, Bizim.Media